Ucnoqta.az
www.ucnoqta.az

Vaşinqton gömrük rüsumlarından ildə 600 milyard dollara qədər vəsait əldə edəcək

22:17 - 4 Aprel 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflərdən ABŞ-ın gəliri ildə 300-600 milyard dollar təşkil edə bilər.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

"Bu ildə 300-600 milyard dollar diapazonunda ola bilərmi? Əlbəttə. Bu, əhəmiyyətli bir gəlir mənbəyidir", - ABŞ Maliyyə Nazirliyinin rəhbəri amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Müəllif: Ucnoqta.az redaksiyası