Ucnoqta.az
www.ucnoqta.az

34 cinayət baş verdi - 35-nin üstü açıldı

09:53 - 1 Aprel 2025 tarixində dərc olunub.

Martın 31-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə Ucnoqta.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
 Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası