Ucnoqta.az
www.ucnoqta.az

İran Prezidentinin müşaviri Azərbaycandadır

09:39 - 1 Aprel 2025 tarixində dərc olunub.

İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycanda səfərdədir.

Ucnoqta.az Report.az-a istinadən xəbər verir ki, onun səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası