Ucnoqta.az
www.ucnoqta.az

ABŞ husilərin hərbi obyektlərinə zərbələr endirib

09:09 - 16 Mart 2025 tarixində dərc olunub.

ABŞ Yəmənin cənub-qərbində eyni adlı əyalətin inzibati mərkəzi olan Husilərin nəzarətində olan Taiz şəhərində Ənsar Allah hərəkatının hərbi obyektlərinə hava zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, şəhərin şərq məhəllələri vurulub.
Zərbələrin nəticələri, o cümlədən mümkün itkilər və qurbanlar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası