Ucnoqta.az
www.ucnoqta.az

Ağstafada dönərdən kütləvi zəhərlənmə

21:51 - 13 Mart 2025 tarixində dərc olunub.

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

APA-nın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası