Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 48 yaşlı qadın dəm qazından ölüb

10:54 - 13 Mart 2025 tarixində dərc olunub.

Bakıda qadın dəm qazından boğulub.

Ucnoqta.az xəbər verir ki, Yasamal rayonunda 1977-ci il təvəllüdlü Şəhla Dünyamalıyeva kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası