Ucnoqta.az
www.ucnoqta.az

53 yaşlı polis mayoru vəfat etdi

09:22 - 13 Mart 2025 tarixində dərc olunub.

Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Müşviq Əlikişi oğlu Cümşüdov 53 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat verib.

M.Cümşüdov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Onun üç övladı yadigar qalıb.

Mərhum Bakıda dəfn olunub.

Müəllif: Ucnoqta.az redaksiyası