Ucnoqta.az
www.ucnoqta.az

"Elmi dərəcəsi olan şəxslərin fəaliyyəti daha çox diqqətimizdədir" - Nazir

12:40 - 20 Fevral 2025 tarixində dərc olunub.

Elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

“Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. Otuz-otuz beş yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq”.

Müəllif: Ucnoqta.az redaksiyası