Ucnoqta.az
www.ucnoqta.az

AFFA bu oyunları təxirə saldı

18:08 - 19 Fevral 2025 tarixində dərc olunub.

Bütün zonalar üzrə fevralın 22-23-də keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.

Bu barədə Ucnoqta.az-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır.

Müəllif: Ucnoqta.az redaksiyası