Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 58 kişi zorakılığa məruz qalıb

11:06 - 17 Fevral 2025 tarixində dərc olunub.

Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında yer alıb.

Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə ümumilikdə 330 müraciət daxil olub. Bunlardan 58-i kişilər, 272-si isə qadınlar tərəfindən edilib.

Müraciət edənlərin 205-i Bakıdan, 125-i isə regionlardan olub. Həmçinin, müraciət edənlər arasında 137 evli, 140 subay və 53 boşanmış şəxs var. Təhsil səviyyəsinə gəldikdə, 64 nəfər ali, 177-si orta, 89-u isə heç bir təhsil almamış şəxslərdir.

Yaş qruplarına görə isə müraciət edənlərin 77-si 0-18 yaş, 145-i 19-35 yaş, 80-i 36-55 yaş, 28-i isə 56 yaşdan yuxarı şəxslərdir.

Müəllif: Ucnoqta.az redaksiyası