Ucnoqta.az
www.ucnoqta.az

Fermada meyit tapıldı

09:37 - 15 Fevral 2025 tarixində dərc olunub.

İmişli rayonunda fermada meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, Yevlax rayon sakini 1968-ci il təvəllüdlü Eldar Bəndəliyevin meyiti İmişlinin Nurulu kəndindəki fermada aşkar edilib.

Meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

E.Bəndəliyevin hansı şəraitdə və nə səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası