Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda 47 yaşlı qadın dəm qazından boğulub

09:19 - 8 Fevral 2025 tarixində dərc olunub.

Xaçmaz rayonunda 47 yaşlı qadın dəm qazından boğulub.

"Report" xəbər verir ki, 1978-ci il təvəllüdlü Mətanət Niyazəddin qızı Əmrahova yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası