Ucnoqta.az
www.ucnoqta.az

Rusiya ilə ABŞ arasında əlaqələr intensivləşib - Peskov

13:59 - 5 Fevral 2025 tarixində dərc olunub.

Rusiya və ABŞ ayrı-ayrı departamentlər vasitəsilə dialoq aparır, bu əlaqələr intensivləşib.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Burada yalnız bunları deyə bilərəm: ayrı-ayrı departamentlər arasında əlaqələr həqiqətən mövcuddur və onlar son vaxtlar intensivləşib. Amma başqa təfərrüatları sizə deyə bilmərəm”.
 – Peskov deyib.

Müəllif: Ucnoqta.az redaksiyası