Ucnoqta.az
www.ucnoqta.az

Ağdərədə evdə yanğın olub

19:40 - 2 Fevral 2025 tarixində dərc olunub.

Ağdərə rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Ağdərə rayonunun Şıxarx kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası