Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ oldu

18:19 - 1 Fevral 2025 tarixində dərc olunub.

Qubada 3,2 maqnitudada zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.

Yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

Müəllif: Ucnoqta.az redaksiyası