Ucnoqta.az
www.ucnoqta.az

Daha bir tiktoker saxlanıldı

18:09 - 31 Yanvar 2025 tarixində dərc olunub.

“Rosh life” adı ilə tanınan tiktoker Rövşən Əhmədov saxlanılıb.

Ucnoqta.az qafqazinfo-ya istinadla xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Əhmədov istintaqa təqdim edilib.

O, ərazi üzrə məhkəməyə aparılıb və barəsində qətimkan tədbiri seçiləcək.

Müəllif: Ucnoqta.az redaksiyası