Ucnoqta.az
www.ucnoqta.az

Helikopter toqquşmadan əvvəl çox yüksəkdən uçurdu - Tramp

18:03 - 31 Yanvar 2025 tarixində dərc olunub.

 Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan ABŞ ordusuna məxsus “Black Hawk” helikopteri icazə verilən həddən yuxarıda uçurdu.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.

"Black Hawk vertolyotu çox hündür, daha çox hündürdən uçurdu. O, 200 fut hündürlük sərhədindən xeyli yuxarı uçurdu. Bunu başa düşmək o qədər də çətin deyil, elə deyilmi?" - prezident qeyd edib

Xatırladaq ki, yanvarın 29-da axşam saatlarında Vaşinqton səmasında American Airlines sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus Black Hawk helikopteri toqquşub.

Müəllif: Ucnoqta.az redaksiyası