Ucnoqta.az
www.ucnoqta.az

Məşhur müğənni vəfat edib

00:00 - 31 Yanvar 2025 tarixində dərc olunub.

Britaniyalı müğənni və aktrisa Marian Faithfull 79 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun nümayəndəsinə istinadən Sky News telekanalı məlumat yayıb.

Faithfull 1965-ci ildə The Rolling Stones rok qrupunun üzvləri Mick Jagger və Keith Richards tərəfindən yazılmış As Tears Go By hiti sayəsində dünya şöhrəti qazanıb.

Müəllif: Ucnoqta.az redaksiyası