Ucnoqta.az
www.ucnoqta.az

Niko Kovaç "Borussiya"nın baş məşqçisi oldu

12:28 - 30 Yanvar 2025 tarixində dərc olunub.

Xorvatiyalı Niko Kovaç Almaniyanın "Borussiya Dortmund" futbol klubunun yeni baş məşqçisi olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Borussiya”nın mətbuat xidməti məlumat yayıb.

Yanvarın 22-də "Borussiya" türkiyəli mütəxəssis Nuri Şahini istefaya göndərib.
Dortmundlular 19 turdan sonra 26 xala malikdir və Almaniya çempionatının turnir cədvəlində 11-ci yerdədir.

Müəllif: Ucnoqta.az redaksiyası