Ucnoqta.az
www.ucnoqta.az

Alyaskada 5,3 bal gücündə zəlzələ olub

10:10 - 30 Yanvar 2025 tarixində dərc olunub.

ABŞ-ın Alyaska ştatında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Takotna qəsəbəsindən 15 km cənub-qərbdə yerləşib.

Ocaq 8,8 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası