Ucnoqta.az
www.ucnoqta.az

Şabranda 8 otaqlı ev yanıb

09:56 - 29 Yanvar 2025 tarixində dərc olunub.

Şabranda 8 otaqlı ev yanıb

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Sincanboyad kəndində qeydə alınıb. Ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası