Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadın qazdan boğulub öldü

17:37 - 28 Yanvar 2025 tarixində dərc olunub.

Bakıda qadın qazdan boğulub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib.

Qəsəbə sakini 64 yaşlı Rzayeva Sevda İdris qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası