Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə məktəbdə yanğın olub

15:53 - 27 Yanvar 2025 tarixində dərc olunub.

Şəkidə məktəbdə yanğın olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərin Küdürlü kəndində birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası