Ucnoqta.az
www.ucnoqta.az

Məktəblinin çantasında enerji bankı yanıb

15:20 - 27 Yanvar 2025 tarixində dərc olunub.

 Perm məktəblərindən birində bir şagirdin çantasında cib telefonunu doldurmaq üçün portativ batareya (enerji bankı) alışıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Perm diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası