Ucnoqta.az
www.ucnoqta.az

Qubada 5 otaqlı ev yanıb

12:59 - 26 Yanvar 2025 tarixində dərc olunub.

Quba rayonunda 5 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli mansarda tipli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası