Ucnoqta.az
www.ucnoqta.az

Nohurgöldə batan var

17:25 - 23 Yanvar 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası