Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə avtomobil ağaca çırpılıb

19:55 - 20 Yanvar 2025 tarixində dərc olunub.

Şəkidə minik maşını ağaca çırpılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunda, Şəki rayonunun Aşağı Küngüt kəndində baş verib.

Şəki sakini Samir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib. Avtomobildə olan sərnişin, 41 yaşlı Şəki sakini Tural Abbasov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası