Ucnoqta.az
www.ucnoqta.az

Belarus Azərbaycana yeni səfir təyin etdi

14:56 - 14 Yanvar 2025 tarixində dərc olunub.

Belarus Azərbaycana yeni səfir təyin edib.

Ucnoqta.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə sərəncamı prezident Aleksandr Lukaşenko imzalayıb.

Bu vəzifə Dmitri Pineviçə həvalə edilib.

Qeyd edək ki, o 2024-cü il, yanvarın 25-dək Belarusun səhiyyə naziri vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası