Ucnoqta.az
www.ucnoqta.az

Pakistan qüvvələri Əfqanıstanın Kunar əyalətinə zərbələr endirib

10:32 - 10 Yanvar 2025 tarixində dərc olunub.

 Pakistan silahlı qüvvələri Əfqanıstanın şərqində yerləşən Kunar əyalətinin Nəva aşırımı və digər ərazilərinə bir neçə raket zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr yanvarın 10-na keçən gecə həyata keçirilib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Kabildə hakimiyyətə nəzarət edən Taliban hərəkatının formalaşdırdığı hökumətin nümayəndələri Pakistanın hərbi zərbələri ilə bağlı məlumatı hələlik şərh etməyiblər.

Müəllif: Ucnoqta.az redaksiyası