Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi

17:22 - 9 Yanvar 2025 tarixində dərc olunub.

Şirvan şəhərində məktəbli qız vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Şirvan M.B.İsrailov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseydən məlumat verilib.

Bildirilib ki, məktəbin 9-cu sinif şagirdi Türkan Samit qızı Məmmədova yanvar ayının 8-i dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi qeyd olunub.///oxu.az

Müəllif: Ucnoqta.az redaksiyası