Ucnoqta.az
www.ucnoqta.az

Məhkum həbsxanada ölüb

19:20 - 8 Yanvar 2025 tarixində dərc olunub.

Azərbaycanda məhkum cəzaçəkmə müəssisəsində ölüb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb.

Orada cəza çəkən məhkum Müşfiq Həşimov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 3-cü ölüm hadisəsidir.

Müəllif: Ucnoqta.az redaksiyası