Ucnoqta.az
www.ucnoqta.az

Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq

17:53 - 8 Yanvar 2025 tarixində dərc olunub.

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək.

Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.

Müəllif: Ucnoqta.az redaksiyası