Ucnoqta.az
www.ucnoqta.az

Almaniyada bankda girov götürülmüş qadın xilas edilib

14:43 - 7 Yanvar 2025 tarixində dərc olunub.

Almaniyanın qərbindəki Rimbax (Hessen federal əyaləti) icmasında naməlum şəxs "Volksbank"ın filialına daxil olaraq girov götürüb.

Ucnoqta.az xəbər verir ki, polis bu barədə X-ə məlumat paylaşıb.

Bıçaqla silahlanmış təcavüzkar qadını tutub.

Qadın xəsarət almayıb. Hüquq-mühafizə əməliyyatı başa çatıb, digər təfərrüatlar hələlik verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası