Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda 66 yaşlı qadın meyiti tapılıb

10:52 - 7 Yanvar 2025 tarixində dərc olunub.

Abşeronda qadın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Şaxaxanım İmran qızı Əliyevanın meyiti yaşadığı evin yaxınlığında aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası