Ucnoqta.az
www.ucnoqta.az

İntensiv yağış yağacaq

14:21 - 6 Yanvar 2025 tarixində dərc olunub.

Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata əsasən, Azərbaycanın bəzi şərq rayonlarında yanvarın 7-dən 8-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası