Ucnoqta.az
www.ucnoqta.az

Humanitar yardım aparan ilk təyyarə Dəməşqə çatıb

13:48 - 4 Yanvar 2025 tarixində dərc olunub.

Misirdən humanitar yardım aparan ilk təyyarə Suriya paytaxtına çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Vətən” qəzeti məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində Misir Qızıl Aypara Cəmiyyətinin Suriya xalqına bağışladığı 15 ton dərman var.

Müəllif: Ucnoqta.az redaksiyası