Ucnoqta.az
www.ucnoqta.az

Almaniya və Fransanın xarici işlər nazirləri Dəməşqə getdilər

11:14 - 3 Yanvar 2025 tarixində dərc olunub.

Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan-Noel Barro cümə günü elan olunmamış səfərlə Suriyaya gediblər və burada Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şara ilə danışıqlar aparacaqlar. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əl-Şara ilə danışıqlardan əlavə, nazirlər vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşməyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası