Ucnoqta.az
www.ucnoqta.az

Zurabişvili yeni prezidentin andiçmə mərasimindən əvvəl iqamətgahda gecələyəcək

00:01 - 29 Dekabr 2024 tarixində dərc olunub.

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, varisi Mixail Kavelaşvilinin andiçmə mərasimi ərəfəsində o, tərk etmək fikrində olmadığı iqamətgahda gecələyir.

Ucnoqta.az xəbər verir ki, o, tərəfdarlarını dekabrın 29-da saat 10:00-daiqamətgaha gəlməyə çağırıb və orada həmin və sonrakı günlər üçün planlarını açıqlayacaq. “Orbeliani sarayından salamlar. Mən buradayam, burada olacam və burada gecələyəcəm”, - Zurabişvili videomüraciətində bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası