Ucnoqta.az
www.ucnoqta.az

ABŞ dövlət katibinin köməkçisi Azərbaycan səfirliyini ziyarət edib

23:11 - 28 Dekabr 2024 tarixində dərc olunub.

ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də AZAL təyyarəsinin qəzası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Amerikalı diplomat Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyub.

Müəllif: Ucnoqta.az redaksiyası