Ucnoqta.az
www.ucnoqta.az

Taliban Pakistanla sərhəddə hərbi əməliyyata başlayıb

15:51 - 28 Dekabr 2024 tarixində dərc olunub.

Taliban Pakistanla sərhəddə hərbi əməliyyata başlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Taliban nümayəndələri məlumat yayıb. Bildirilir ki, bu, Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Paktika əyalətindəki “Təhrik-e Taliban Pakistan” qruplaşmasının bazalarına endirdiyi zərbəyə cavabdır.

Taliban və Pakistan sərhədçiləri arasında baş verən silahlı toqquşmalar nəticəsində 19 pakistanlı əsgər və 3 əfqan həlak olubə

 Taliban qüvvələri Pakistanla sərhəddə bir neçə keçid məntəqəsini zəbt edib.

Müəllif: Ucnoqta.az redaksiyası