Ucnoqta.az
www.ucnoqta.az

Bu tarixlərdə “ASAN xidmət” mərkəzləri işləməyəcək

09:22 - 28 Dekabr 2024 tarixində dərc olunub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan yanvarın 3-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 4-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Müəllif: Ucnoqta.az redaksiyası