Ucnoqta.az
www.ucnoqta.az

Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı

13:02 - 27 Dekabr 2024 tarixində dərc olunub.

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin həbsdə saxlanılma müddəti uzadılıb.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim prokurorun təqdimatını əsaslı hesab edib.

Ələsgər Məmmədlinin həbs müddəti 3 ay uzadılıb. Cinayət işi üzrə təqsirləndirilən digər şəxslər barəsində də eyni qərar verilib.

Qeyd edək ki, iş üzrə ittiham edilənlər bu ilin martında həbs ediliblər. Onların hamısı qaçaqmalçılıqda ittiham edilirlər.

Müəllif: Ucnoqta.az redaksiyası