Ucnoqta.az
www.ucnoqta.az

Rusiya ərazisi üzərində 13 PUA vurulub

08:06 - 27 Dekabr 2024 tarixində dərc olunub.

Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 13 pilotsuz uçan aparatı məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, 5 pilotsuz təyyarə Bryansk vilayəti, 3-ü Kursk vilayəti, 2-si Belqorod və Tula vilayətləri, 1-i isə Həştərxan vilayəti ərazisi üzərində vurulub.

Müəllif: Ucnoqta.az redaksiyası