Ucnoqta.az
www.ucnoqta.az

Təyyarə qəzasında sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir

10:24 - 26 Dekabr 2024 tarixində dərc olunub.

Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir.

APA xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.

Müəllif: Ucnoqta.az redaksiyası