Ucnoqta.az
www.ucnoqta.az

ABŞ neft hasilatı proqnozunu artırıb

21:10 - 10 Dekabr 2024 tarixində dərc olunub.

ABŞ Energetika Nazirliyi neft hasilatı proqnozunu sutkada 13,24 milyon barrelə çatdırıb

Ucnoqta.az xəbər verir ki, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu sutkada 10 min barel artıraraq 13,24 milyon barelə yüksəldib.
Agentlik həmçinin, 2024-cü il üçün Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 80,95 dollardan 80,49 dollara endirib.

Müəllif: Ucnoqta.az redaksiyası