Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın U-21 yığması da DARMADAĞIN OLDU

00:21 - 16 Oktyabr 2024 tarixində dərc olunub.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Ucnoqta.az xəbər verir ki, millimiz "Aşton Qeyt" stadionunda İngiltərə ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 22:30-da start götürən matc meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb 7:0.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyunda da millimiz məğlub olmuşdu 1:5.

Bu nəticədən sonra komandamız 3 xalla qrupu 6-cı pillədə başa vurub.

15 oktyabr

22:30. İngiltərə  - Azərbaycan - 7:0
Baş hakim: Ivana Martinçiç (Xorvatiya)

Bristol. "Aşton Qeyt" stadionu

Müəllif: Ucnoqta.az redaksiyası