Ucnoqta.az
www.ucnoqta.az

Astana bir daha Bakı və İrəvana sülh danışıqları üçün platforma təklif edir

12:47 - 15 Oktyabr 2024 tarixində dərc olunub.

Qazaxıstan bir daha Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təklif etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Astanada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyanla danışıqlarının yekunlarına dair mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib.

Müəllif: Ucnoqta.az redaksiyası