Ucnoqta.az
www.ucnoqta.az

İki ay əvvəl dənizdə içərisində 3 nəfərin olduğu itən qayıq tapılıb

08:40 - 15 Oktyabr 2024 tarixində dərc olunub.

Oxot dənizində iki ay əvvəl içərisində üç nəfərin olduğu itmiş qayıq tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qayıqdakı 3 nəfərdən ikisi ölüb, biri sağ qalıb. Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Gəmi oktyabrın 14-də Kamçatka ərazisinin Ust-Xayryuzovo kəndi yaxınlığında Oxot dənizində tapılıb.

Xatırladaq ki, avqustun 9-da içərisində 15 yaşlı oğlan və iki böyük olan qayıq itkin düşmüşdü.

Müəllif: Ucnoqta.az redaksiyası