Ucnoqta.az
www.ucnoqta.az

 ABŞ İsraili İrana zərbələrdən imtina etməyə inandırır - KİV

00:00 - 7 Oktyabr 2024 tarixində dərc olunub.

ABŞ və İsrail hakimiyyəti İsrailin İrana mümkün cavab zərbəsi məsələsində fəal şəkildə əlaqə saxlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət televiziya və radio şirkəti məlumat yayıb. Məlumata görə, Vaşinqton İsraili İran ərazisində müəyyən hədəflərə zərbə endirməməyə inandırır və bunun müqabilində təzminat paketi təklif edir.

İsrailli həmsöhbətlərlə danışıqlar zamanı Vaşinqton administrasiyasının rəsmiləri İsrailin İranın müəyyən edilmiş hədəflərini vurmaqdan çəkindiyi təqdirdə “geniş diplomatik dəstək və əlavə hərbi yardım” təklif ediblər. Kan bildirir ki, hansı hədəflərin müzakirə oluna biləcəyini açıqlamayıb.///tass

Müəllif: Ucnoqta.az redaksiyası