Ucnoqta.az
www.ucnoqta.az

Aİ Priqojinin anasına qarşı sanksiyanı ləğv edib

11:26 - 13 Sentyabr 2024 tarixində dərc olunub.

 Avropa İttifaqı (Aİ) rusiyalı yarışçı Nikita Mazepin və Yevgeni Priqojinin anası Violetta Priqojinaya qarşı sanksiyaları ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin Rəsmi Jurnalında dərc edilmiş məlumatda deyilir.

Avropa Məhkəməsi adıçəkilən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsi barədə qərar qəbul etdiyi üçün Aİ Şurası onları qara siyahıdan çıxarıb.

Müəllif: Ucnoqta.az redaksiyası